Bakı. Trend:
Danimarka İkinci Dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) normalarını nəzərə almadan Qrenlandiyanı qanunsuz şəkildə işğal edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi, Luiziana ştatının qubernatoru Ceff Lendri sosial şəbəkə "X" sosiaş şəbəkə hesabında yazıb.
“Tarix önəmlidir. ABŞ İkinci Dünya müharibəsi zamanı Danimarkanın bunu edə bilmədiyi vaxt Qrenlandiyanın suverenliyini qoruyub. Müharibədən sonra isə Danimarka BMT protokollarını kənara qoyaraq və onları görməzlikdən gələrək adanı yenidən işğal etdi. Söhbət düşmənçilikdən yox, qonaqpərvərlikdən getməlidir”, – Lendri bildirib.
Xatırladaq ki, 22 dekabr 2025-ci ildə Tramp Luiziana ştatının qubernatoru və respublikaçı Ceff Lendrini Qrenlandiya üzrə xüsusi nümayəndə təyin edib. Əvvəlcə Lendri ABŞ-nin adanı əldə etmək istədiyini təsdiqləyib, daha sonra isə Trampın belə planlarının olmadığını bildirib. Lakin ABŞ-ın Venesuelaya hücumundan sonra Tramp Amerikanın milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiyaya ehtiyac duyduğunu bəyan edib.
