Bakı. Trend:
ABŞ-nin Nyu-York şəhərinin səhiyyə sisteminə daxil olan üç xəstəxanasında çalışan minlərlə tibb bacısı rəhbərliklə danışıqların iflasa uğramasından sonra tətilə çıxıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Danışıqlar prosesində onların nümayəndələri əmək müqaviləsinin bəzi şərtləri ətrafında orta məxrəcə gələ bilməyiblər.
Nyu-YorkunTibbi Bacıları Assosasiyasının məlumatına görə, etiraz aksiyasında 15 minə yaxın tibb bacısı iştirak edir.
Qrip və respirator xəstəliklərlə bağlı xəstəxanalara müraciətlərin əhəmiyyətli dərəcədə artması fonunda bu tətilin pasiyentlərin başqa xəstəxanalara köçürülməsinə, müayinə prosedurlarının təxirə salınmasına və başqa məhdudiyyətlərə yol aça bilər.
Qeyd edək ki, tibb işçilərinin əsas tələbi iş yükünün azaldılması, insan resurslarının və əmək təhlükəsizliyi səviyyəsinin artırılmasıdır. Həmkarlar ittifaqlarının bildirdiyinə görə, Nyu-Yorkda tibb bacılarının sayı az olduğundan onlar həddən artıq işlə yüklənirlər.
