...

Etiraz aksiyalarında silahlı şəxslərdən insanları öldürmək istənilib – İran xarici işlər naziri

Dünya xəbərləri Materials 12 Yanvar 2026 12:05 (UTC +04:00)
Etiraz aksiyalarında silahlı şəxslərdən insanları öldürmək istənilib – İran xarici işlər naziri
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Etiraz aksiyalarında silahlı şəxslərdən polisləri, mümkün olmadığı halda sivil insanları və etirazçıları öldürmək istənilib.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Tehranda xarici ölkələrin səfirləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, bununla əlaqədar qeydə alınmış səs yazıları mövcuddur ki, xarici ölkələrdən terrorçu şəxslərə göndərilib.

Əraqçi bildirib ki, məqsəd sadəcə ölən insanların sayını artırmaq idi. Bu hadisələr zamanı çoxlu sayda insan öldürülüb və əksəriyyət arxadan baş nahiyəsinə açılan atəş nəticəsində həyatını itirib.

“Terrorçular açıq-aşkar şəkildə cinayətlər törədiblər. Onlar İŞİD-in metodlarından istifadə edərək daha ağır cinayətlər törədiblər. İnsanları diri-diri yandırıblar. Onlar dövlət binaları, polis şöbələrini, vətəndaşların evlərini və mağazalarını yandırıblar.

Mağaza sahiblər hədələniblər ki, mağazalarını bağlasınlar. Mağazalar bağlı olmadığı halda onların mağazaları yandırılacaq. Ölkə bazarlarında çoxlu sayda mağazalar yandırılıb. Şəhərlərdən birinin bazarında 200-dən çox mağaza yandırılıb.

Təcili yardım maşınlarına hücum edilib. 3 gün ərzində 180-dən çox təcili yardım maşını yandırılıb. Ölkə ərazisində 53 məscid yandırılıb”, - deyə o qeyd edib.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.

Əlavə edək ki, İran hökuməti 11 yanvarda iğtişaşlarda həlak olanların xatirəsinə üç günlük matəm elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti