Bakı. Trend:
"Mançester Yunayted" klubdaxili danışıqlardan sonra “Çelsi”nin futbolçusu Koul Palmerə təklif göndərməyi qərar verib.
Trend "Footballtransfers"ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” klubdakı gələcəyi qeyri-müəyyən olan 31 yaşlı yarımmüdafiəçi Bruno Fernandesin gedişini nəzərə alaraq, onu Palmerlə əvəzləyəcək.
London klubunun da ingilis futbolçunu satmağa hazır olduğu bildirilir.
Bu mövsüm Palmer bütün yarışlarda 12 oyunda iştirak edib və dörd qol vurub. Onun “Çelsi” ilə hazırkı müqaviləsi 2033-cü ilin yayına qədərdir.
"Transfermarkt"dakı məlumata görə, onun bazar dəyəri 120 milyon avrodur.