...

Günəşdə ardıcıl 2 güclü partlayış baş verib

Dünya xəbərləri Materials 12 Yanvar 2026 11:11 (UTC +04:00)
Günəşdə ardıcıl 2 güclü partlayış baş verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 12-nə keçən gecə Günəşdə M sinfə aid olan iki güclü partlayış qeydə alınıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“12 yanvar tarixində Moskva vaxtı ilə saat 01:28-də (Bakı vaxtı ilə 02:28) rentgen diapazonunda 7 dəqiqə davam edən M1.3 (S07E89) alışması qeydə alınıb. Saat 02:14-də isə rentgen diapazonunda 99 dəqiqə davam edən M3.4 (S13E89) alışması müşahidə edilib”, – məlumatda bildirilir.

Sonuncu alışma 2026-cı ildə indiyədək qeydə alınmış ən güclü hadisə hesab olunur. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri qeyd edirlər ki, alışma Günəşin arxa tərəfində baş verib.

“Bu halda hadisənin qeydə alınması ona görə mümkün olub ki, alışmanın mənbəyi üfüqün dərhal arxasında yerləşib və Günəş atmosferinin yuxarı qatlarından gələn şüalanmanın bir hissəsi planetə çata bilib. Enerjinin əsas hissəsi bloklandığından hadisənin real gücü xeyli yüksək olmalıdır, lakin ölçülməsi mümkün deyil və heç vaxt mümkün olmayacaq – hazırda Günəşin həmin tərəfində lazımi avadanlıqla təchiz edilmiş peyklər yoxdur”, – açıqlamada vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti