Bakı. Trend:
ABŞ Virgin Adalarındakı Sent-Krua sahillərində amerikalı turist köpək balığının hücumuna məruz qalıb.
Trend xəbər verir ki, bu barədə USNews məlumat yayıb.
Qurban Minnesota ştatından olan 56 yaşlı Arlen Lillis kimi müəyyən edilib. Hadisə cümə axşamı günortadan sonra adanın qərb sahillərində baş verib. O, yerli xəstəxanaya aparılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Virgin Adaları Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin direktoru Deril Caşen bildirib ki, "Xidmətlər çox ekstremal və çətin şəraitdə tez və peşəkarcasına hərəkət ediblər".
