Bakı. Trend:
Abşeron yarımadasının subasmaya məruz qalan ərazilərində yağış sularının idarə olunması sistemləri qurulacaq.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Belə ki, 2026−2034-cü illərdə subasmaya məruz qalan ərazilərin müəyyənləşdirilməsi, Texniki-iqtisadi əsaslandırılma və layihə sənədlərinin hazırlanması və Yağış sularının idarəetmə sisteminin qurulması və subasmaya məruz qalan ərazilərin sayının 30 faizdən çox azaldılması planlaşdırılır.
