Bakı. Trend:
İngiltərənin “Liverpul” klubu Madrid “Real”ının yarımmüdafiəçisi Cud Bellinqemin transferində maraqlıdır.
Trend xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur “X” sosial şəbəkəsində məlumat paylaşıb.
Məlumata görə, İngiltərə klubu “kral klubu”na futbolçu üçün 180 milyon avro ödəməyə hazırdır.
Bildirilir ki, “Liverpul” artıq “Real”la ilkin təmaslar qurub, lakin futbolçu ilə bağlı ilk sorğu rədd edilib. Madrid klubunun prezidenti Florentino Peres və digər rəhbər şəxslər satış ehtimalını qəti şəkildə istisna ediblər. Klub rəhbərliyi Bellinqemə uyğun əvəzləyici tapmağın mümkünsüz olduğunu düşünür.
“Liverpul” rəhbərliyi isə hesab edir ki, komandanın uzun illər mərkəzində oyunu idarə edəcək yeni liderə ehtiyacı var.
