Bakı. Trend:
Çinin “DeepSeek” çatbotunun yaradıcıları təkmilləşdirilmiş V4 modelini təqdim etməyə hazırlaşırlar.
Trend-in “The Information”a istinadən verdiyi məlumata görə, süni intellektin yeni versiyası fevralın ortalarında satışa çıxarıla bilər.
Daxili testlərin nəticələrinə əsasən, yeni model “OpenAI”nin “ChatGPT” və “Anthropic”in “Claude” çatbotları da daxil olmaqla, aparıcı rəqiblərini üstələyə bilər.
Yeniləmənin əsas diqqət mərkəzi proqramlaşdırma olacaq və bu, “DeepSeek”in sadə, eyni zamanda yüksəkperformanslı həll kimi mövqeyini daha da gücləndirəcək.
