...

İranın müxtəlif şəhərlərində hökumətə dəstək yürüşləri keçirilir

Dünya xəbərləri Materials 12 Yanvar 2026 14:56 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın müxtəlif şəhərlərində vətəndaşların hökumətə dəstək yürüşləri keçirilir.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, yürüşlərə yerli vaxtla saat 14:00-da iğtişaşlar, iğtişaşçıların silahlı cinayətləri, vətəndaşları qətlə yetirməsi, dövlət əmlakına, polis şöbələrinə zərər yetirilməsi ilə əlaqədar hərəkətlərin pislənməsi məqsədilə başlanıb. Dəstək yürüşlərinin Tehran, Zahədan, Zəncan, Kirman, Qum, Rəşt və Həmədan şəhərlərində keçirildiyi bildirilir.

İran hökuməti, Məhkəmə Sistemi, Parlament, İslam İnqilabı Keşikçilər Korpusu, Ordu, Hüquq-Mühafizə orqanları, müxtəlif sosial orqanlar və sairə vətəndaşları hakimiyyətə dəstək yürüşündə iştiraka dəvət ediblər.

Qeyd edək ki, ötən gün İran hökuməti iğtişaşlarda ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edib.

Əlavə edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti