...

Qazax rayonunda yardımçı tikilidə baş verən yanğın söndürülüb (VİDEO)

Hadisə Materials 12 Yanvar 2026 08:21 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Qarapapaq kəndində köməkçi tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə baş verdiyi və havanın küləkli olması səbəbindən bitişik tikililərə yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yardımçı tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan yardımçı tikilinin yanar konstruksiyaları 16 kvadratmetr sahədə yanıb.

Yardımçı tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti