...

Şamaxı rayonunda zəlzələ qeydə alınıb

Dünya xəbərləri Materials 12 Yanvar 2026 07:02 (UTC +04:00)
Şamaxı rayonunda zəlzələ qeydə alınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pirqulu stansiyasından 9 kilometr cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 03:07-də baş verib.

3 maqnitudalı zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Xəbər lenti

Xəbər lenti