...

Böyük Britaniya, Avstraliya və Kanada X platformasına beynəlxalq qadağa tətbiqini müzakirə edir

Dünya xəbərləri Materials 11 Yanvar 2026 21:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Avstraliya və Kanada ilə birgə X sosial media platformasına beynəlxalq qadağa qoyulmasını müzakirə edir.

Trend xəbər verir ki, bu barədə "GB News" kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, London sosial şəbəkəyə inteqrasiya olunmuş "Grok" çatbotundan narahatdır. Çatbot istifadəçilərə istək əsasında qadın və uşaqların açıq-saçıq şəkillərini yaratmağa imkan verir.

Avstraliya və Kanadadakı səlahiyyətlilər Britaniya Baş naziri Kir Starmerin narahatlıqlarını bölüşürlər.

Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya naziri Liz Kendall da media tənzimləyicisi "Ofcom"un X-ə girişi tamamilə bloklamağı tövsiyə edəcəyi təqdirdə onu dəstəkləyəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti