...

Dövlət Neft Fondunun pul yatırdığı şirkətlər və səhmlər – SİYAHI

İqtisadiyyat Materials 12 Yanvar 2026 13:14 (UTC +04:00)
Dövlət Neft Fondunun pul yatırdığı şirkətlər və səhmlər – SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin 9 ayında Dövlət Neft Fondunun səhmlər alt portfeli üzrə aktivlərin həcmi yenidən təsnifləşdirmələr, xalis pul çıxışı və müsbət investisiya gəlirləri fonunda 18,119 milyard ABŞ dollarına yüksəlib, portfel üzrə gəlirlilik göstəriciləri əsasən bençmarkla uyğun formalaşıb.

Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.

Bildirilib ki, bu portfelə “MSCI World” və “MSCI Europe ex UK” indekslərinə daxil olan şirkətlərin səhmləri, Rusiya Federasiyasının VTB bankının səhmləri, habelə fərqli mandat üzrə “Neuberger Berman” şirkətinin idarəetməsində olan özəl səhm fondu, eləcə də Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Blackstone”, “Fondo Strategico Italiano”, “BC Partners”, “Carlyle Group”, “Vista Equity Partners”, “Thoma Bravo”, “Apollo Global Management”, “Warburg Pincus LLC”, “EQT” (əvvəlki adı – “Baring”), “PAG”, “Blue Owl”, “Cinven”, “Leonard Green & Partners (LGP)”, “Brookfield”, “ARES Management”, “CVC Capital Partners”, “KKR & Co. Inc”, “Vitruvian Partners”, “Fransisco Partners”, “Clayton, Dubilier & Rice”, “New Mountain Capital”, “Azzurra Capital” şirkətləri tərəfindən idarə olunan fondlar daxil olmuşdur. Qeyd edilənlərlə yanaşı, “Ares Management”, “BC Partners”, “Apollo Global Management”, “Vista Equity Partners” , “Cinven” və “Brookfield” şirkətləri ilə birlikdə müştərək investisiya da portfelə daxil edilib. Vurğulanıb ki, 2025-ci ilin 9 ayında səhm altportfelinin məzənnə fərqi nəzərə alınmadan gəliri 2,155 milyard ABŞ dolları və ya 13,5% təşkil edib.

“Təqdim edilmiş məlumatlara əsasən, Fondun səhmlər alt portfeli üzrə xarici menecerlərin idarə etdiyi aktivlərin ümumi həcmi 15,854 milyard ABŞ dolları təşkil etmişdir. Portfel üzrə orta gəlirlilik 14,5%, olub.

Təqdim edilmiş məlumatlara əsasən, hesabat dövründə Fond tərəfindən 2025-ci il İnvestisiya Siyasətinə uyğun olaraq alt portfellər arasında aktivlərin yenidən təsnifləşdirilməsi aparılıb. Bu çərçivədə, Səhmlər alt portfelinə daxil olan 571,1 milyon ABŞ dolları həcmində infrastruktur investisiyaları yenidən təsnifləşdirilərək Fondun Daşınmaz əmlak alt portfelinə əlavə edilib. Eyni zamanda Fondun Borc öhdəlikləri və pul bazarı alt portfelindən çıxarılmış vəsait hesabına əlavə 200 milyon ABŞ dolları və 10 milyon avro həcmində əlavə investisiya edilib”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti