Bakı. Trend:
Malayziyanın şərqində baş verən böyük daşqınlar səbəbindən 3 000-dən çox insan müvəqqəti olaraq köçürülüb və xüsusi təxliyə mərkəzlərinə yerləşdirilib.
Trend xəbər verir ki, bu barədə “Bernama” məlumat yayıb.
2 800 nəfərin təxliyə edildiyi Saravak və Sabah ştatları fəlakətdən ən çox zərər çəkən bölgələr olub.
Zərərçəkənlərə kömək məqsədilə bu ərazilərdə təxminən 30 təxliyə mərkəzi yaradılıb.
