...

Dövlət Neft Fondunun daşınmaz əmlak yatırımları - SİYAHI

İqtisadiyyat Materials 12 Yanvar 2026 13:20 (UTC +04:00)
Dövlət Neft Fondunun daşınmaz əmlak yatırımları - SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin 30 sentyabr tarixinə Dövlət Neft Fondunun daşınmaz əmlak altportfeli 4,681 milyard ABŞ dolları təşkil edib.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə verdiyi Rəydə bildirilir.

Məlumata əsasən, Fond London şəhərinin West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 195,8 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 2,823 milyard Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 192,4 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə və Tokio şəhərində yerləşən və dəyəri 56 154 mln. yapon yeni təşkil edən ticarət mərkəzinə investisiya edib. Vurğulanıb ki, bundan əlavə daşınmaz əmlak altportfelinə “PGIM”, “PAG”, “E-Shang Redwood”, “Gaw Capital”, “Blackstone”, “BlackRock”, “Walton Street”, “Ares”, “BentallGreenOak”, “Starwood”, “Angelo, Gordon & Co”, “FLE SICAV-FIS”, “Prologis”, “Charter Hall”, “Brookfield”, “Niam”, Beynəlxalq Maliyyə Korporasiyası, “EQT”, “Global Infrastructure Partners (GIP)” tərəfindən idarə olunan fond investisiyaları; “Azerbaijan Rigs” Məhdud Məsuliyyətli Cəmiyyətinə olan investisiyalar; “PGIM”, “Gaw Capital”, “KIC” və “AroundTown”, “KKR & Co. Inc”, “Lunate”, “Carlyle Group”, “GIP” və “Brookfield” şirkətləri ilə birlikdə müştərək investisiyalar; eləcə də “Enfinity Global”-ın bərpaolunan enerji layihəsinə edilmiş birbaşa investisiya da portfelə daxil olub.

“Fond tərəfindən təqdim edilmiş məlumatlara əsasən 2025-ci ilin 9 ayı ərzində daşınmaz əmlak alt portfelinin həcmi 1,144 milyard. ABŞ dolları artıb, artıma səbəb kimi Səhmlər alt portfelinə daxil olan 571,1 milyon ABŞ dolları həcmində infrastruktur investisiyaları yenidən təsnifləşdirilərək Fondun Daşınmaz əmlak alt portfelinə əlavə edilməsi və Fondun Borc öhdəlikləri və pul bazarı alt portfelindən çıxarılmış vəsait hesabına əlavə olaraq bu alt portfelə vəsaitin cəlb edilməsi və məzənnə fərqi üzrə gəlirlilik hesabına olub”, - məlumatda əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti