...

Keçmiş ədliyyə naziri Macarıstanda siyasi sığınacaq aldı

Dünya xəbərləri Materials 12 Yanvar 2026 13:13 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın keçmiş ədliyyə naziri və baş prokuroru Zbiqnev Zebro Macarıstanda siyasi sığınacaq əldə edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə siyasətçinin vəkili Bartoş Levandovski “X” sosial şəbəkə hesabında yazıb.

“Seym deputatı Zbiqnev Zebro Polşa ərazisində hüquq və azadlıqların pozulması ilə əlaqədar, beynəlxalq qanunların zəmanəti altında Macarıstanda beynəlxalq qorunma və siyasi sığınacaq əldə edib”, - vəkil qeyd edib.

Qeyd edək ki, Polşanın Ədliyyə Nazirliyi keçmiş nazir barəsində həbs qərarı çıxarıb və Zebroya qarşı “Pegasus” casus proqramı vasitəsilə 578 Polşa siyasətçisinin telefonlarının dinlənməsini də daxil olmaqla, 26 maddədən ibarət ittiham irəli sürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti