Bakı. Trend:
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov yanvarın 13-də Türkiyə Respublikasının Rizə şəhərinə səfər edəcək.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, komitə sədri səfər çərçivəsində Beynəlxalq Ayder Enerji Forumunda iştirak edəcək, Qara Dəniz-Avrasiya regionunda enerji rəqabəti və enerji strategiyalarının gələcəyi mövzusuna həsr olunmuş sessiyada çıxış edəcək.
Qeyd edilib ki, səfər yanvarın 17-də başa çatacaq.
