...

Neft qiymətində hər 5 ABŞ dollarlıq dəyişiklik Fond gəlirlərinə 0,5 mlrd dollarlıq təsir göstərir - Hesablama Palatası

İqtisadiyyat Materials 12 Yanvar 2026 11:52 (UTC +04:00)
Neft qiymətində hər 5 ABŞ dollarlıq dəyişiklik Fond gəlirlərinə 0,5 mlrd dollarlıq təsir göstərir - Hesablama Palatası
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Neft Fondu tərəfindən təqdim edilmiş məlumatlara əsasən 1 barel neftin orta illik ixrac qiymətində hər 5,0 ABŞ dolları dəyişiklik Fondun gəlirlərində təxminən 0,5 milyard ABŞ dolları dəyişiklik yaradır.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə rəyində bildirilib.

Qeyd edilib ki, beynəlxalq maliyyə institutlarının “Brent” markalı xam neft üzrə 2026-cı il proqnozlarının əsasən 60–65 ABŞ dolları intervalında dəyişəcəyi gözlənilməsi fonunda, Azərbaycan Respublikası Dövlət Neft Fondu büdcəsinin baza ssenarisini konsensus diapazonun yuxarı həddi olan 65,0 ABŞ dolları qiymət fərziyyəsi əsasında proqnozlaşdırıb.

“Fondun gəlirlərinin formalaşmasında əsas göstəricilərdən biri kimi 2026-cı il üçün 1 barel neftin orta illik ixrac qiyməti 65,0 ABŞ dolları səviyyəsində götürülmüş və buna uyğun olaraq gəlirlər proqnozlaşdırılmışdır. Baza ssenarisi üzrə ARDNF-nin gəlirləri 13,03 mlrd. manat (təxminən 7,67 mlrd. ABŞ dolları), xərcləri isə 13,02 mlrd. manat (təxminən 7,66 mlrd. ABŞ dolları) səviyyəsində proqnozlaşdırılır”, - məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti