...

Türkiyədə 12 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib

Dünya xəbərləri Materials 12 Yanvar 2026 01:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul-İzmir şosesinin Balıkesir vilayətindən keçən hissəsində 12 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.

Trend Türkiyə mediasına istinadən xəbər verir ki, qəzada 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yaralılar müalicə üçün təcili yardımla yaxınlıqdakı xəstəxanalara aparılıblar. Qəza səbəbindən magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Hadisə güclü yağış zamanı baş verib.

Xəbər lenti

Xəbər lenti