...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə 35-ci Ali Səviyyəli Toplantısı keçiriləcək

Cəmiyyət Materials 12 Yanvar 2026 15:42 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə 35-ci Ali Səviyyəli Toplantısı keçiriləcək

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali-Səviyyəli Toplantısı BMT-nin Cenevrə ofisi ilə birgə tərəfdaşlıq çərçivəsində, 15-16 yanvar 2026-cı il tarixlərində İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Trend xəbər verir ki, toplantı “Parçalanma və transformasiya dövründə multilateralizmin yenidən formalaşdırılması” mövzusuna həsr olunacaq.

Toplantıda 30-dan artıq ölkəni təmsil edən 50-dən çox yüksək səviyyəli beynəlxalq iştirakçı- sabiq dövlət və hökumət başçıları, BMT qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ekspertlər iştirak edəcək.

O cümlədən, tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının (WHO), BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD), Ümumdünya Ticarət Təşkilatının (WTO), BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat), Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) və BMT-nin HİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) ali səviyyəli rəhbərləri və nümayəndələri iştirak edəcək.

Sonda qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə birgə təşkil etdiyi Ali Səviyyəli Toplantılar çoxtərəfli əməkdaşlığın təşviqi və qlobal gündəlikdə duran əsas məsələlərin müzakirəsi üçün mühüm beynəlxalq platforma kimi çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti