Bakı. Trend:
"Əl-Nəsr"in qapıçısı Bento karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Cenoa" braziliyalı qolkiperin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İtaliya klubu Bentonu mövsümün sonuna kimi icarəyə götürəcək. Artıq klublar arasında razılıq əldə olunub. "Cenoa" 9 milyon avro ödəməklə 26 yaşlı "əlcək sahibi"nin tranfer hüuquna yiyələnə bilər.
Qeyd edək ki, "Əl-Nəsr" Bentonu 2024-cü ilin yayında "Atletiko Paranaense"dən 18 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində 10 rəsmi matçda meydana çıxıb.
