Bakı.Trend:
Bir neçə gün öncə paytaxtın Nərimanov rayonunun Xətai prospektində aparılan xətləmə işləri sürücülər arasında çaşqınlığa səbəb olub. Belə ki, sosial şəbəkələrdə edilən paylaşımlarda parklanma yerləri yolun ortasında salınıb deyə fikirlər səsləndirilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Trend-ə bildirilib ki, prospektdə mikromobillik zolağı və avtomobillər üçün parklanma yerləri yanaşı təşkil edilib. Beynəlxalq təcrübədə geniş istifadə olunan bu cür yanaşma mövcud standartlara və qanunvericiliyə də uyğundur.
"Burada əsas iki məqsədə nail olunur - mikromobillik istifadəçilərinin təhlükəsizliyi və biznes subyektlərinin maraqlarının qorunması. Oxşar sxemlər paytaxtın Mətbuat prospekti, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov, Xaqani və Şıxəli Qurbanov küçələrində uğurla tətbiq olunub",-deyə qurumdan əlavə olunub.
Sözügedən xətlənmə nişanlarının xarici ölkələrdə olan bir neçə nümunəsini təqdim edirik.



Azərbaycanda:


