...

Paytaxtda evlərdən oğurluq edən şəxslər saxlanıldı

Cəmiyyət Materials 12 Yanvar 2026 16:22 (UTC +04:00)
Paytaxtda evlərdən oğurluq edən şəxslər saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Sabunçu və Binəqədi rayonundakı iki evdə oğurluq edilib.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, mənzillərdən 8500 manat dəyərində qızıl-zinət əşyaları, həmçinin 2000 manatlıq notbuk və qol saatının naməlum şəraitdə oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı R.Quliyeva və əvvəllər məhkum olunmuş 46 yaşlı A.Qəniyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti