...

Vergi ödəyicilərinin əmlakları satışa çıxarılır (CƏDVƏL)

İqtisadiyyat Materials 12 Yanvar 2026 16:13 (UTC +04:00)
Vergi ödəyicilərinin əmlakları satışa çıxarılır (CƏDVƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) yanvarın 21-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək.

Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) baş tutacaq.

Hərraca 10 adda müxtəlif daşınar və daşınmaz əmlaklar çıxarılacaq.

Əmlakların 20% endirimlə ilkin satış qiyməti 2 000 manatdan başlayaraq 200 min manatadək dəyişir. Bunun daşınar əmlak olduqda 10%-i, daşınmaz əmlak olduqda 5%-i beh kimi ödənilməlidir.

Sifarişlər yanvarın 16-dək qəbul olunacaq.

Vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının hərrac vasitəsi ilə satışı haqqında daha ətraflı məluamatı linkdən əldə edə bilərsiniz: https://emlak.gov.az/az/news/view/9972-21-yanvar-2026-c%C4%B1-il-tarixind%C9%99-saat-11:00-da-vergi-%C3%B6d%C9%99yicil%C9%99rinin-siyah%C4%B1ya-al%C4%B1nm%C4%B1%C5%9F-%C9%99mlaklar%C4%B1n%C4%B1n-h%C9%99rrac-vasit%C9%99si-il%C9%99-sat%C4%B1%C5%9F%C4%B1-haqq%C4%B1nda-elan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti