Bakı. Trend:
Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili 5 il azadlıqdan məhrum edilib.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Qaribaşvili özünün təqsirli bilinməsi haqda razılaşma sənədini imzalayıb.
Bundan başqa o, milyon lari məbləğində cərimələnib və cinayət fəaliyyəti nəticəsində əldə etdiyi, həmçinin evinin axtarışı zamanı müsadirə olunmuş pulları dövlətə təhvil verməyə razılaşıb.
İrakli Qaribaşvili törətdiyi cinayəti etiraf edir və prosessual razılaşmanın şərtləri ilə razıdır. Prokurorluğun prosessual razılaşmanın təsdiqi barədə vəsatəti məhkəmə tərəfindən artıq təmin edilib.
Qeyd edək ki, Qaribaşvili dövlət postunda olarkən iri məbləğlərdə çirkli pulların yuyulmasında ittiham olunur.
