...

“İnter” – “Napoli” oyununda qalib müəyyənləşməyib

İdman Materials 12 Yanvar 2026 03:32 (UTC +04:00)
“İnter” – “Napoli” oyununda qalib müəyyənləşməyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya A Seriyasının 20-ci turunda “İnter” doğma meydanda “Napoli”ni qəbul edib.

Trend xəbər verir ki, qarşılaşmada qalib müəyyən olunmayıb.

Meydan sahiblərinin heyətində Dimarko 9-cu dəqiqədə, Çalhanoğlu isə 73-cü dəqiqədə penaltidən fərqlənib. Qonaqlar isə Maktomineyin 26 və 81-ci dəqiqələrdə vurduğu qollarla cavab veriblər. Oyun 2:2 hesabı ilə başa çatıb.

Hazırda “İnter” 43 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. Ondan 4 xal geri qalan “Napoli” isə ilk üçlüyü qapayır.

Xəbər lenti

Xəbər lenti