...

İranın Məsləhət Şurasının rəhbəri vətəndaşları xalq yürüşündə iştiraka dəvət edib

Dünya xəbərləri Materials 12 Yanvar 2026 10:57 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Məsləhət Şurasının (Expediency Discernment Council) rəhbəri Ayətullah Sadeq Laricani İran vətəndaşlarını bu gün ölkədə keçiriləcək hakimiyyətə dəstək yürüşündə iştirak etməyə çağırıb.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, İranın Məsləhət Şurasının rəhbəri bildirib ki, asayişi qorumaq uğrunda ölənlər və müxtəlif aktlar nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə İran vətəndaşları bugünkü dəstək yürüşündə maksimum şəkildə dəvət olunur.

Qeyd edək ki, bu gün İranda yerli vaxtla saat 14:00-da dəstək yürüşünün keçirilməsi planlaşdırılır.

Hazırda da İranın bəzi şəhərlərində hakimiyyətə dəstək yürüşləri keçirilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti