...

Avropa Komissiyası bu tarixdən Ukraynaya iri məbləğdə maliyyə yardımı göstərəcək

Dünya xəbərləri Materials 12 Yanvar 2026 18:37 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası (AK) Avropa Şurasının 2026–2027-ci illərdə Ukraynaya 90 milyard avro həcmində birgə kredit formasında maliyyə yardımı göstərilməsi ilə bağlı qərarına əsasən, bu vəsaitlərin ayrılmasına cari ilin ikinci rübündə başlamağa hazırlaşır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə komissiyanın rəsmi nümayəndəsi Balaş Uyvari açıqlama verib.

“Biz vaxtında müəyyən sayda qanunvericilik aktları hazırlamalıyıq və ümid edirəm ki, bunu kifayət qədər tez edəcəyik. Beləcə biz, cari ilin ikinci rübünün əvvəlində ödənişlərə başlaya biləcəyik”, – deyə Uyvari bu gün Brüsseldə keçirilən brifinqdə Kiyevə yaxın iki il üçün vəd edilən kreditə dair sualı cavablandıran zaman bildirib.

O əlavə edib ki, yaxın vaxtlarda AK tərəfindən Ukraynaya qanunvericiliklə bağlı bir sıra təkliflər irəli sürüləcək. Uyvarinin sözlərinə görə, bu təkliflərdə Ukraynanın hərbi və büdcə məqsədləri üçün vəsaitlərin bölüşdürülməsi qaydası göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti