Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 213 yanğına çıxış, 27 halda köməksiz vəziyyətdə qalma, 5 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 14-ü azyaşlı olmaqla 37 nəfər xilas edilib, 10-u azyaşlı olmaqla 25 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 7 nəfər tüstüdən zəhərlənib, hadisələr zamanı 8 nəfər həyatını itirib.
