...

Nəsimidə telefon oğruları saxlanıldı

Hadisə Materials 12 Yanvar 2026 15:39 (UTC +04:00)
Nəsimidə telefon oğruları saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Nəsimi rayonunda soyğunçuluq hadisəsi olub. Zərərçəkən polisə müraciət edərək bildirib ki, naməlum şəxs ona məxsus mobil telefonu açıq talama yolu ilə ələ keçirib.

DİN-dən Trend-ə verilən məlumata görə, polis əməkdaşları qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 20 yaşlı V.Qədiyevi müəyyən edərək saxlayıblar.

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə iki nəfərin ümumi dəyəri 1300 manat olan notbuk və mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum edilmiş 31 yaşlı K.Süleymanov da saxlanılıb.

Hər iki faktla bağlı aşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti