Bakı. Trend:
Böyük Britaniyanın media nəzarətçisi "Ofcom" İlon Maska məxsus "X" platformasında "Grok" süni intellekt aləti vasitəsilə qadınların şəkillərini manipulyasiya edilməsi iddiaları ilə bağlı rəsmi araşdırmaya başlayıb.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, qurum bu qərarı "X" platformasında "Grok" tərəfindən yaradılan çoxsaylı cinsi xarakterli görüntülərin yayılması fonunda yaranan geniş ictimai və siyasi etirazlardan sonra qəbul edib.
"Ofcom" "X"-i ölkədə qüvvədə olan Onlayn Təhlükəsizlik Qanunu çərçivəsində araşdırır. Sözügedən qanun pozuntulara görə müxtəlif sanksiyalar, o cümlədən ən ağır hallarda platforma və tətbiqlərin Böyük Britaniyada faktiki olaraq qadağan edilməsi imkanını nəzərdə tutur.
