...

Köhnə “iPhone 4” ikinci əl bazarında yenidən populyarlıq qazanıb

Dünya xəbərləri Materials 12 Yanvar 2026 06:43 (UTC +04:00)
Köhnə “iPhone 4” ikinci əl bazarında yenidən populyarlıq qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Köhnə “iPhone 4” gözlənilmədən sosial şəbəkələrdə populyarlıq qazanıb ki, bu da ikinci əl bazarında ajiotaj və istifadəçi tələbinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub.

Trend xəbər verir ki, bu barədə “TechRadar” portalı məlumat yayıb.

Smartfonların təkrar emalı və yenidən istifadəsi bazarında fəaliyyət göstərən “Compare and Recycle” şirkətinin araşdırmasına görə, son bir il ərzində “Google”da “iPhone 4 almaq” ifadəsi üzrə axtarışların sayı 979% artıb. Analitiklər bu dinamikanı köhnəlmiş cihazların rəqəmsal kamera kimi istifadəsinin dəbə minməsi ilə əlaqələndirirlər.

“iPhone 4” sahibləri bildirirlər ki, onun 5 meqapiksellik kamerası “iPhone 17” də daxil olmaqla, müasir modellərlə müqayisədə texniki cəhətdən geri qalmasına baxmayaraq, şəkillərdə yaratdığı dənəvərlik və özünəməxsus atmosferə görə qiymətləndirilir.

Bununla yanaşı, “Compare and Recycle” mütəxəssisləri rəqəmsal təhlükəsizliklə bağlı ciddi risklərə diqqət çəkirlər. “iPhone 4” üçün son yeniləmə 2014-cü ildə buraxılmış “iOS 7.1.2” olub.

Mütəxəssislərin tövsiyəsinə görə, belə bir cihazdan əsas smartfon kimi istifadə şəxsi məlumatların sızmasına səbəb ola bilər. İstifadəçilərə məsləhət görülür ki, “Apple ID” ilə daxil olmasınlar, elektron poçt, bank və ya məxfi məlumatların saxlanması ilə bağlı tətbiqlər quraşdırmasınlar və cihazdan yalnız yaradıcı məqsədlər üçün istifadə etsinlər.

Xəbər lenti

Xəbər lenti