Bakı. Trend:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
2. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli
məktəb-lisey istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində;
4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
5. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası
istiqamətində;
6. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından
"Koroğlu" metro stansiyası istiqamətində;
7. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu"
metro stansiyası istiqamətində (dairəyə qədər);
8. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi
istiqamətində;
11. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası
istiqamətində;
12. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə
qədər;
13. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə
kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq
müşahidə olunur.
