Bakı. Trend:
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 13-ü gündüzdən 14-ü axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Qobustan,
Xızı, Qusar, Mingəçevir, Yevlax, Tərtər, Neftçala, Qazax, Ağstafa,
Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Daşkəsəndə narıncı
xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti
20.8-28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq
şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil
edəcək.
