Bakı. Trend:
2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib.
Trend Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1,2 milyard kubmetr və ya 2,4% çoxdur.
Məlumata əsasən, hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
2024-cü illə müqayisədə ötən il “Azəri-Çıraq-Günəşli” üzrə hasilat 0,8 milyard kubmetr (6%), “Şahdəniz” üzrə 0,1 milyard kubmetr (0,4%), “Abşeron” yatağı üzrə 0,1 milyard kubmetr və ya (6,7%) artıb. Hesabat ili ərzində SOCAR-ın qaz hasilatı payı isə 20240-cü illə müqayisədə 0,2 milyard kubmetr və ya (2,6%) artıb.
