...

Neft və qaz tranzit gəlirləri 2026-cı ildə 3,7 min manat səviyyəsində proqnozlaşdırılır

Energetika Materials 12 Yanvar 2026 12:01 (UTC +04:00)
Neft və qaz tranzit gəlirləri 2026-cı ildə 3,7 min manat səviyyəsində proqnozlaşdırılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Neft Fondunun 2026-cı il büdcəsində neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə tranzitindən əldə edilən gəlirlər 2,2 min ABŞ dolları və ya 3,7 min manat səviyyəsində proqnozlaşdırılır ki, bu da manat ifadəsində 2024-cü ilin faktiki icrasından 0,5 milyon manat az, 2025-ci ilin təsdiq edilmiş proqnozundan 25,4 milyon manat aşağı, 2025-ci il üzrə gözlənilən daxilolma ilə isə təqribən eyni səviyyədədir.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə rəyində bildirilib.

Qeyd edilib ki, 2025-ci il üzrə faktiki tranzit gəlirlərinin proqnozlaşdırılan xeyli aşağı olması və Rusiya–Ukrayna münaqişəsi səbəbindən tranzit marşrutlarının dayandırılması nəzərə alınaraq, tranzit gəlirləri 2026-cı il üçün faktiki daxilolmalar səviyyəsində proqnozlaşdırılıb. Nəticə etibarı ilə bu yanaşma proqnozların reallığa uyğunluğunu təmin edib: “Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər istiqaməti üzrə 2025-ci ildə 25,4 mln. manat məbləğində daxilolma proqnozlaşdırılsa da, hesabat tarixinə cəmi 0,004 mln. manat vəsait qeydə alınmışdır. Qeyd edilməlidir ki, Palatanın əvvəlki illər üzrə rəylərində də bu istiqamət üzrə proqnozlaşdırmanın faktiki icra göstəricilərinə əsaslanmasının zəruriliyi vurğulanmışdır”.

“Cari ildə Rusiya–Ukrayna münaqişəsinin davam etməsi nəticəsində Qərb ixrac boru kəməri və Qara dəniz marşrutu vasitəsilə xam neftin nəqlinin dayandırılması səbəbindən Əməliyyat Şirkəti növbəti ildə bu maddə üzrə daxilolmaların olmayacağını proqnozlaşdırmışdır. Bu şəraitdə aidiyyəti gəlir stiqamətinin Neft Fondunun 31.08.2025-ci il tarixinə olan faktiki daxilolmalar səviyyəsində proqnozlaşdırılması məqsədəuyğun hesab edilib”, - deyə məlumatda əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti