...

İranda üç günlük milli matəm elan edilib

Dünya xəbərləri Materials 12 Yanvar 2026 02:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran hökuməti iğtişaşlarda həlak olanların xatirəsinə üç günlük milli matəm elan edib.

Trend xəbər verir ki, müvafiq bəyanat dövlət televiziyası və radiosu vasitəsilə yayımlanıb.

Bəyanatda İran Prezidenti Məsud Pezeşkianın yas mərasiminə qatılacağı vurğulanıb və ölkə vətəndaşları 12 yanvarda keçiriləcək ümumxalq yürüşündə iştirak etməyə çağırılıb.

Son məlumatlara görə, ölkənin müxtəlif bölgələrində iğtişaşçıların hərəkətləri nəticəsində azı 38 İran hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Xəbər lenti

Xəbər lenti