...

İran bayrağına hörmətsizlik qəbuledilməzdir – Bəqai

Dünya xəbərləri Materials 12 Yanvar 2026 14:48 (UTC +04:00)
İran bayrağına hörmətsizlik qəbuledilməzdir – Bəqai
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran bayrağına hörmətsizlik heç bir vəchlə qəbul edilə bilməz.

Trend-in məlumatına görə, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa ölkələri İranın diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin qorunmasında öz vəzifələrini yerinə yetirməkdə müəyyən nöqsanlara yol veriblər.

Bəqai bildirib ki, bu isə diplomatik qaydalara və prinsiplərə zidd hesab olunur.

İranlı rəsmi deyib ki, ötən gün Londonda İran bayrağına hörmətsizlik olunub və bununla əlaqədar Böyük Britaniyanın Tehrandakı səfirliyi İran XİN-ə dəvət edilib. İranın bu məsələyə etirazı qarşı tərəfə elan olunub.

Qeyd edək ki, ötən günlərdə Londonda İran səfirliyinə daxil olan şəxslər İranın bayrağını dəyişdirib və Şah dövründəki bayrağı səfirliyin binasına taxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti