...

"Zirə" Rumıniya klubu ilə heç-heçə etdi

İdman Materials 12 Yanvar 2026 18:50 (UTC +04:00)
"Zirə" Rumıniya klubu ilə heç-heçə etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununu keçirib.

Trend xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “Çiksereda” komandası iə üz-üzə gəlib.

Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. “Zirə”nin qollarını 10-cu dəqiqədə Namik Ələskərov, 17-ci və 45-ci dəqiqələrdə isə penaltidən Rövlan Muradov vurub.

"Zirə" qış fasiləsinə 28 xalla 3-cü pillədə yollanıb. "Çiksereda" isə Rumıniya Superliqasında 16 xalla 14-cüdür.

Qeyd edək ki, "Zirə" yanvarın 16-da Ukraynanın “Oleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti