...

Zelenskinin məndən başqa “kozır"ı qalmayıb

Dünya xəbərləri Materials 12 Yanvar 2026 17:10 (UTC +04:00)
Zelenskinin məndən başqa “kozır"ı qalmayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Zelenskinin məndən başqa "kozır"ı qalmayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinə verdiyi müsahibədə deyib.

“Onun heç bir "kozır"ı yoxdur. Onun heç (müharibənin) birinci günündən əlində "kozır"ı olmayıb. İndi onun yalnız bir şeyi var – Donald Tramp”, - deyə o bildirib.

Donald Tramp əlavə edib ki, “əgər onun Donald Trampı olmasa, bu, tam fəlakət olacaq və bunu o da, Avropa liderləri də yaxşı bilir.

Sülh danışıqlarının vaxtı ilə bağlı suala cavab olaraq Tramp vurğulayıb ki, bu istiqamətdə konkret təqvim mövcud deyil.

“Biz mümkün olan hər şeyi edirik. Mənim müəyyən edilmiş vaxt cədvəlim yoxdur. Əgər biz hər şeyi ediriksə, sadəcə müharibənin bitdiyini görmək istəyirik. Bu, bizim mövqeyimizdir. Düşünürəm ki, əgər mən prosesə cəlb olunmasaydım, bu, Üçüncü Dünya Müharibəsinə çevrilə bilərdi. Hər şey çox pis gedirdi, çox pis. Bu, bir daha baş verməyəcək,” – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti