...

Rusiyada güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 12 Yanvar 2026 11:46 (UTC +04:00)
Rusiyada güclü zəlzələ baş verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

RusiyanınKamçatka bölgəsində 5,1 maqnitudalı zəlzələ baş verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin yerli filialı öz “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın episentri Petropavlovsk-Kamçatsk şəhərindən 77 kilometr aralıda olub. Zəlzələnin yeraltı ocağı isə 48 kilometr dəniz dibində qeydə alınıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti