...

İsveç hava hücumundan müdafiəyə 1,4 milyard avro ayıracaq

Dünya xəbərləri Materials 12 Yanvar 2026 03:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveç hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün 1,4 milyard avro vəsait ayıracaq. Məqsəd mümkün mülki hədəflərin daha effektiv qorunmasını təmin etməkdir.

Trend xəbər verir ki, bu barədə İsveç hökumətinin rəsmi məlumatında bildirilir.

Qeyd olunur ki, ölkənin HHM sistemi indiyədək əsasən hərbi obyektlərin müdafiəsinə yönəlib. Yeni plan çərçivəsində vağzallar, körpülər, elektrik stansiyaları kimi mülki obyektlər də qorunan siyahıya daxil edilib.

Bildirilir ki, bu məqsədlə alışlara artıq cari ilin birinci rübündə başlanılacaq.

Xəbər lenti

Xəbər lenti