Bakı.Trend:
Bakı şəhərinin şərq hissəsində daşqın riskləri azaldılacaq.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Belə ki, Dərnəgül– Bakıxanov– Qaraçuxur–Hövsan xəttinin tikintisinin davam etdirilməsi, tikinti işlərinn davam etdirilməsi və plan üzrə işlərin 50 faizinin icrası, 10.4 km-lik kollektorun istifadəyə verilməsi, daşqın risklərinin azaldılması planlaşdırılır.
