...

Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 80-dən çox şübhəli saxlanılıb

Dünya xəbərləri Materials 12 Yanvar 2026 10:18 (UTC +04:00)
Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 80-dən çox şübhəli saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin İstanbul, Ankara, İzmir, Diyarbəki və Balıkesir vilayətləri daxil olmaqlar bir çox bölgələrində FETÖ terrorçu təşkilatına qarşı əməliyyatlar keçirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz rəsmi “X” səhifəsində məlumat bölüşüb.

Əməliyyatların gedişində hazırda aralarında dövlət qulluğunda çalışan şəxslərin də olduğu, 81 nəfərin şübhəli şəxs qismində saxlanıldığı bildirilir.

Saxlanılan şübhəlilərin təşkilatın gizli rabitə proqramı olan ByLock istifadəçiləri olduqları, təşkilatla əlaqəli şirkətlərdə qeydiyyatda olduqları, FETÖ-nün “Polis daxilində Məxfi Strukturlaşması”nda məsul səviyyədə fəaliyyət göstərdikləri, müxtəlif vəzifə və statuslu polis əməkdaşları ilə təşkilati görüşlər keçirdikləri,hər rütbədən olan polis əməkdaşlarını təşkilatın daxili kodlaşdırma sistemi ilə kodlaşdırdıqları, təşkilata cəlb etməyə çalışdıqları polis əməkdaşları ilə bağlı müxtəlif fəaliyyətlər planlaşdırdıqları, polis əməkdaşlarını ailə vəziyyəti, təyinat və sağlamlıq durumlarına qədər izlədikləri müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti