Bakı.Trend:
Şirvan şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Trend xəbər verir ki, bu barədə "Azəriqaz"İB məlumat yayıb.
Bildirilib ki, Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən 1264 mənzilli, 25 binadan ibarət "MİDA" MMC yaşayış kompleksinin təbii qazla təmin olunması məqsədilə yeni çəkilmiş qaz xəttinin texniki şərtə əsasən "Şirvan Əhali" ölçü qovşağından qidalanan dimetri 530 mm-lik mövcud kollektora birləşdirilməsi məqsədilə əlaqədar 13 yanvar 2026-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Şirvan şəhərinin bir hissəsində (ümumi 4705 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq xahiş olunur.
