...

İsmayıllıda qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlandı (FOTO)

Cəmiyyət Materials 12 Yanvar 2026 15:22 (UTC +04:00)
İsmayıllıda qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlandı (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları İsmayıllı şəhəri, H.B.Zərdabi küçəsi 13 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qaradaşlı Adil Əli oğluna məxsus quş kəsimi sexində yoxlama keçirib.

AQTA-dan Trend-ə verilən məlumata görə, baxış zamanı sexin antisanitar şəraitdə və qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb.

Bildirilib ki, ev quşlarının kəsimi baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən həyata keçirilir, müvafiq təmizlik işləri aparılmır, işçi heyət tibbi müayinəyə cəlb olunmayıb və xüsusi geyimdən istifadə etmir, istifadə olunan alət və avadanlıqların təmizliyinə nəzarət olunmur və digər sanitar-gigiyenik tələblər pozulub.

Faktla bağlı obyektin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti