...

Ceyhun Bayramov Müaviyə Osman Xalidlə görüşdü (FOTO)

Siyasət Materials 12 Yanvar 2026 15:18 (UTC +04:00)
Ceyhun Bayramov Müaviyə Osman Xalidlə görüşdü (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

12 yanvar 2026-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sudan Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Müaviyə Osman Xalidi qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən geniş bölgədə cari vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.

Bildirilib ki, tərəflər Azərbaycan və Sudan arasında ikitərəfli münasibətlərin, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın inkişafında siyasi dialoqun əhəmiyyətini qeyd ediblər. Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə mexanizminin, habelə qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb. Sudanın COP29-da fəal iştirakı, eləcə də bu il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı çərçivəsində ölkələrimiz arasında əməkdaşlıq məmbunluqla qeyd olunub.

Görüşdə energetika, humanitar, təhsil, ASAN xidmət və digər sahələrdə əməkdaq müzakirə edilib. Azərbaycan tərəfindən Sudanlı tələbələrə təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycanla Sudan XİN-ləri arasında siyasi məsləhətləşmə keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Sudan tərəfdən isə Müaviyə Osman Xalid rəhbərlik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti