Bakı. Trend:
Rusiya sülhdə maraqlı olduğunu göstərdiyini nümayiş etdirməlidir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Avropa Komissiyasının sədri Ursula fon der Lyayen çıxış edib.
“Artıq Rusiya sülhdə maraqlı olduğunu göstərməlidir”, - deyə fon der Lyayen vurğulayıb.
AK sədri bildirib ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə sülh planı Ukrayna lideri Volodimir Zelenskinin amerikalı həmkarı Donald Trampla 2025-ci ilin sonunda müzakirə etdiyi 20 bəndlik təkliflərdən ibarətdir.
Onun sözlərinə görə, planda həmin təkliflərlə yanaşı, Kiyev üçün ABŞ və Avropa tərəfindən aydın şəkildə təsbit olunmuş sülh zəmanətləri də yer alır.
