Bakı. Trend:
Azərbaycanın 2026-cı il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən təbii qazın 1 000 kubmetrinin qiyməti BP şirkətinin təqdim etdiyi məlumata əsasən, 440 ABŞ dolları götürülüb.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, bu, 2025-ci illə müqayisədə 198 ABŞ dolları və yaxud 81,8% çoxdur.
Eyni zamanda "Azeri Light" markalı Azərbaycan neftinin büdcə qiyməti isə əvvəlcədən elan olunduğu kimi 5 ABŞ dolları azaldılaraq 70 ABŞ dollarından 65 ABŞ dollarına endirilib.
